Dövlət hesabına təhsil alan tələbələrin sayı açıqlandı - RƏSMİ


“Bu gün dövlət dəstəyi alan tələbələrin sayı 17 mindən çoxdur”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, dövlət hesabına oxuyan tələbələrin sayında 66 faizdən çox artım olub: “Ötən il bu rəqəm 20 min 500 nəfərə qədər artırılıb. 2020-2021-ci tədris ili üzrə baş nazirin qərarına əsasən, dövlət sifarişli yerlərin sayı yenidən artırılıb”.
“Növbəti il birinci kurslara dövlət sifarişli yerlərə qəbul 22 minə qədər artırılıb”, - deyə nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top