Şagirdlərin ilsonu qiymətləndirilməsi necə olacaq? – Nazir AÇIQLADI


“2019-2020-ci tədris ilinin ikinci yarım ili üzrə, şagirdlərin qiymətləndirilməsi nəzərdə tutulmur”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün keçirdiyi növbəti brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib. O bildirib ki, şagirdlərin 2019-2020-ci tədris ilinin birinci yarım ili üzrə nəticələri və qiymətləndirilmələri əsas götürüləcək: “2019-2020-ci tədris ilinin ikinci yarım ili üzrə, şagirdlərin qiymətləndirilməsi nəzərdə tutulmur. Burda sual meydana çıxır ki, şagirdlərin illik qiymətləndirilməsinin çıxarılması və növbəti sinifə keçirilmə necə baş verəcək? Şagirdlərin 2019-2020-ci tədris ilinin birinci yarım ili üzrə nəticələri və qiymətləndirilmələri əsas götürüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top