ABŞ-da tibb bacısının çəkdiyi video dünya mətbuatında: "Sağalma şübhəsi olan xəstələrin ..." - VİDEO


Amerikalı tibb bacısı koronavirus pandemiyasına görə ölkənin səhiyyə sisteminin çökdüyünü və minlərlə insanın səhlənkarlıq səbəbi ilə öldüyünü bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı Nikol Sirotek adlı tibb bacısı ölkədəki laqeydliyi gözyaşları içərisində videoya çəkərək sosial şəbəkədə yayımlayıb.
“Burada çox ciddi səhlənkarlıq var, xəstələr ölürlər. Artıq nə edəcəyimi bilmirəm. Hətta müdafiə qrupları belə bu insanlar üçün heç bir şey etmirlər, qaradərililərin həyatları burada əhəmiyyətli deyil. Vəziyyət çox pisdir. Koronavirus müalicəsi alan və sağalma şübhəsi olan xəstələrin ən xırda tərslikdə belə nəfəs aparatları çıxarılır. Minlərlə insan bu səhlənkarlığa görə həyatını itirir" – deyə, tibb bacısı gözyaşları içərisində qan donduran iddialar qeyd edib.
Qeyd edək ki, ABŞ-da COVID-19-dan 73 min 039 insan ölüb. Ölkədə virusa yoluxma hallarının ümumi sayı 1 milyon 223 min 468 təşkil edir. Birləşmiş Ştatlarda COVID-19-a yoluxmuş 190 min insan sağalıb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top