53 yaşlı Mayk Tayson yenidən rinqlərə qayıdır? - VİDEO


Məşhur boksçu Mayk Taysona rinqlərə geri qayıtmaq təklif edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Taysonun "Twitter" hesabından yayımladığı videodan sonra ona rinqlərə geri qayıtması üçün yüksək məbləğdə pul təklif edilib. Axırıncı dəfə 15 il qabaq döyüşən boksçu çəkdiyi yeni videosu ilə hələ də güclü olduğunu bildirib. ABŞ-ın "heavy.com" saytında yer alan xəbərə görə, "Bare Knuckle Fighting Championship (BKFC)"-nin direktoru Deyvid Feldman Taysona yenidən döyüşməsi üçün 20 milyon dollar təklif etdiklərini açıqlayıb: "BKFC"de döyüşməsi üçün 20 milyon dollar verəcəyik. Əgər bizim bu istəyimiz qarşısında Taysonun başqa bir təklifi varsa onu da dəyərləndirməyə hazırıq".

DİGƏR XƏBƏRLƏR

Top