Pompeo: "Çin hələ də lazımi məlumatları verməkdən imtina edir"


ABŞ Dövlət katibi Mayk Pompeo, virusun ölümə səbəb olduğunu bildiyi halda ölkələri vaxtında xəbərdar etməyən Çinin yüz minlərlə insanın dünyasını dəyişməsində məsuliyyət daşıdığını iddia edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Pompeo, Çin administrasiyasının yeni növ koronavirusun aşkarlandığı ilkin mərhələdə gizlətdiyini yenidən diqqətə gətirib.
Onun sözlərinə görə, Çin vaxtında xəbərdarlıq etsəydi, dünyanı qlobal iqtisadi böhrandan xilas edə bilərdi: “Onlar belə edə biləcəkləri halda, Uhandakı epidemiyanı gizlətməyə üstünlük verdilər. Hələ də insanların təhlükəsizliyini təmin etmək üçün lazımi məlumatları verməkdən imtina edirlər”.
Pompeo həmçinin Çinlə bağlı deyilən bütün iddiaların doğru olduğunu bildirib: "Tam olaraq dəqiq deyil, lakin virusun laboratoriyada hazırlandığına dair bir çox sübutlar var”.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top