Vilyam Hacıyev rüşvəti belə alıb - VİDEO


Müxtəlif şəxslərdən yığılan rüşvət İmişli rayon icra başçısına köməkçisi tərəfindən təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, DTX tərəfindən keçirilən əməliyyatla saxlanılan İmişli rayon icra başçısı Vilyam Hacıyevin rüşvət alması ilə bağlı görüntülər paylaşılıb. Həmin videoda köməkçisi tərəfindən icra başçısının evinə gətirilən külli miqdarda pulun hesabı aparılır. İcra başçısı siyahını göstərərək, "burada 5 min 600, burada isə 73 min 600-dür?" deyə köməkçisindən soruşur. Köməkçisi isə onun dediklərini təsdiqləyib. Görüntülərin davamında Vilyam Hacıyev yığılan rüşvətdən 3 min manat ayıraraq köməkçisinə təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top