Bağlanan banklar Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait ayırmışdı? - MƏBLƏĞ


Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyalarının ləğv edilməsi barədə xəbər vermişdik. Həmçinin qurumun İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə bu banklardan əlavə “AGBank” ASC və  “NBCBank” ASC-yə müvəqqəti inzibatçılar təyin ounmuşdu.
Yeniavaz.com
xəbər verir ki, sözügedən bankların hamısı Koronavirusla Mübarizəyə Dəstək Fonduna müyyən qədər vəsaitlər ayırıblar. Onlar bu barədə özlərinin rəsmi saytlarında məlumat veriblər. Bu banklardan KMDF-yə ən yüksək məbləği isə “Amrahbank” ASC ayırıb – 200 min manat.
“AtaBank” ASC isə İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində ianə köçürüb.
Müvəqqəti inzibatçılar təyin olunmuş “AGBank” ASC və “NBSBank” ASC-nin hər biri fondun hesabına 100 min manat köçürüb.
"AGBank"ın Müşahidə şurasının sədri Çingiz Əsədulla da KMDF-yə 10 000 manat ianə edib.

DİGƏR XƏBƏRLƏR

Top