İcra başçısı danladıqdan sonra öldüyü deyilən məmur haqda danışdı

Dünən Gədəbəy rayon İcra Hakimiyyətinin vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürəktutmadan öldüyü haqda xəbərlər yayılıb. Həmin xəbərəldə iddia edilib ki, sözügedən məmur bir neçə gün əvvəl rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev tərəfindən bərk danlanıb. Və nəticədə vəziyyəti pisləşən şöbə müdiri daha sonra keçinib. O da bildirilir ki, əvvəllər də icra başçısı iki kənd icra nümayəndəsini bərk danladığı üçün onların ürəktutmadan ölümünə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, virtualaz.org məmurun qəfil ölümü və səslənən iddialarla bağlı icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayıb. İbrahim Mustafayev bildirib ki, belə xəbərləri reket və şantajla məşğul olan jurnalistlər yayır.

“Həmin əməkdaş iki həftədir səhhətinə görə işə çıxmırdı. Amma adı xüsusi karantin rejimi dövründə işə çıxmalı olan əməkdaşlar siyahısında idi. Yanvar ayında da məndən icazə aldı, səhhətinə görə 20 gün işə çıxmadı. Ürəyinin xəstə olduğunu deməmişdi, amma sinirləri ilə bağlı problemdən şikayətlənmişdi. 

Dünən vəziyyəti pisləşib, evindən rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da orada keçinib. Heç bir danlamaqdan, təzyiqdən söhbət gedə bilməz. Onu işə mən götürmüşdüm, işinə məsuliyyətlə yanaşan işçi idi. Araşdırmışıq ki, belə xəbərləri rayondan jurnalistika adı altında reketliyi və şantajı özünə peşə seçən biri yayır. Həmin adam DSMF-nin rayon şöbəsində əməkdaşları təhqir edib, kompüterləri sındırıb və sonradan döyülməsi haqda şikayət verib. 

Biz bilmirik rayonda xüsusi karantin rejimində təsərrüfat fəaliyyətini təmin edək, yoxsa bu cür şantaj və böhtanla mübarizə aparaq”,-icra hakimiyyətinin başçısı bildirib.

DİGƏR XƏBƏRLƏR

Top