Övladı ilə itkin düşən qadın tapıldı - VİDEO


Aprelin 25-də itkin düşən ana və övladı tapılıb.

Daxili İşlər Nazirliyi tərəfindən barələrində axtarış elan olunan Ağstafa rayon Köçəsgər kənd sakini - 1995-ci il təvəllüdlü Aişə Qurbanova ATV-də yayımlanan “Bizimləsən” verilişində canlı bağlantıya çıxıb. O, Gəncəyə getdiyini və hazırda ailəsinin yanında olduğunu bildirib.

Aişə Gəncəyə SMS-icazə vasitəsilə getdiyini bildirib və keçmiş həyat yoldaşının onu və qızını axtarmasını istəmədiyini deyib.

“O, uşağına heç qızı gözü ilə baxmayıb. Axtarmaq indi yadına düşdü?”, - deyə Aişə etiraz edib.

Aparıcı Zaur Bəxşəliyev Aişənin evinə gedərək çəkiliş aparılacağını və hadisənin təfərrüatının araşdırılacağını bildirib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Aişə Qurbanova və 2016-cı il təvəllüdlü Nuray Əsədova barədə mayın 5-də axtarış elan edib. Onların itkin düşdüyü bildirilirdi.

DİGƏR XƏBƏRLƏR

Top