Nazirlik döyüldüyünü iddia edən jurnalisti təkzib etdi


"Gədəbəydə anew.az saytının müxbirinin DSMF rayon şöbəsində döyülməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Yeniavaz.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, Qənbərov Zaur Ələddin oğlu mayın 4-ü saat 11.05-də şöbənin inzibati binasında şöbə müdirinin müavini İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib:

“Səs-küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən, onu da hədələyərək sürücüylə mübahisə edib. İdarənin müdirini və işçiləri təhqir edib. Hədə-qorxu gəlib. İdarənin iş ahəngini 40 dəqiqəyə yaxın pozub”.

“Zaur Qənbərovla bağlı insidentə və onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün DSMF-in yerli şöbəsi tərəfindən Gədəbəy rayon Prokurorluğuna müraciət olunub”,-deyə nazirlik rəsmisi qeyd edib.

Zaur Qənbərov sosial şəbəkədəki paylaşımında DSMF-nin Gədəbəy rayon şöbəsində döyüldüyünü bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top