Rusiyada bir sutkada 10 min 559 nəfər koronavirusa yoluxdu


Rusiyada yeni növ koronavirus səbəbilə ölən və yoluxanların sayı artdı.
Yeniavaz.com
"Ria.ru"ya istinadla xəbər verir ki, Rusiyada son 24 saat ərzində 10 min 559 nəfərdə COVİD-19 aşkarlanıb. Beləcə, ölkədə koronavirusa yoluxanların sayı 165 min 929 nəfərə çatıb. Rusiyanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə son gün ərzində 86 nəfər yeni növ koronavirusdan dünyasını dəyişməsi ilə ölənlərin sayı 1537 nəfərə çatıb. Məlumat üçün deyək ki, dünyada 259 min 380 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib. 3 milyon 753 min 189 nəfər isə həmin xəstəliyə yoluxub. COVİD-19-dan sağalanların sayı isə 1 milyon 256 min 580 nəfərdir.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top