Bakıda ən çox yoluxma olan rayonların adları açıqlandı – RƏSMİ


“Bakıda ən çox Yasamal və Sabunçu rayonlarında yoluxma halları qeydə alınıb”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, Yasamlda buna səbəb bir nəfərin xeyli insanı yoluxdurması olub:
“Bakıda ən çox Yasamal və Sabunçu rayonlarında yoluxma halları qeydə alınıb. Yasamalda buna görədir ki, orada bir nəfər çoxlu sayda insanı yoluxdurmuşdu və bizim gördüyümüz epidemik tədbirlər nəticəsində artıq həmin vətəndaşlarımız da həm izoliyasiya olunublar, həm də artıq sağalıb və evə buraxılıblar”.

DİGƏR XƏBƏRLƏR

Top