THY gələn ay bu ölkələrə uçuşları bərpa edəcək - Siyahıda Gürcüstan var, Azərbaycan yoxdur


Türk Hava Yolları (THY) uçuşların bərpası üzrə planını açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, COVİD-19 koronavirus səbəbindən daxili reysləri mayın 20-ə, xarici reysləri isə ayın 28-dək dayandıran THY iyun ayından etibarən uçuşlara başlamaq niyyətindədir. 
Açıqlanan məlumatda qeyd olunur ki, THY iyun ayında 19 ölkə üzrə 22 istiqamətə hər həftə 75 uçuş həyata keçirəcək.
Maraqlıdır ki, THY-nin iyun ayında uçuşları bərpa edəcəyi ölkələr arasında Azərbaycanla eyni regionda yerləşən Gürcüstan, Qazaxıstan və Belarus yer alsa da, iyun ayında Azərbaycana uçuşlar nəzərdə tutulmayıb.
 THY-nin iyun ayında uçuşları bərpa edəcəyi ölkələrin SİYAHISI:
Kanada (Toronto)
Qazaxıstan (Almatı)
Əfqanıstan (Kabil)
Yaponiya (Tokio)
Çin (Şanxay)
Cənubi Koreya (Seul)
Sinqapur (Sinqapur)
Danimarka (Kopenhagen)
İsveç (Stokholum)
Norveç (Osla)
Almaniya (Frankfurt, Berlin, Düsseldorf, Münxen)
Avstriya (Vyana)
Hollandiya (Amsterdam)
Belçika (Brüssel)
Belarus (Minsk)
Gürcüstan (Tbilisi)
Livan (Beyrut)
Küveyt (Küveyt)

DİGƏR XƏBƏRLƏR

Top