Saakaşviliyə Ukraynada bu vəzifə veriləcək


Gürcüstanın sabiq prezidenti və Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili Ukrayna İslahatlar Şurasına təyin olunacağını təsdiqləyib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Saakaşvili "Deutsche Welle" nəşrinə məlumat verib.
Məlumata görə, o, İcra Komitəsinin sədri vəzifəsini icra edəcək. Lakin, təyinatı ilə bağlı tarixi açıqlamayıb.
Xatırladaq ki, Milli İslahat Şurası 2014-cü ildə Ukraynanın beşinci Prezidenti Petro Poroşenkonun sərəncamı ilə yaradılıb və prezident yanında xüsusi məsləhətçi orqandır.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə aprelin 22-də Baş nazir müavini olmağı təklif etmişdi. Təklifi qəbul edən Saakaşvili, Xalqın Xidmətçisi Partiyasının deputatları ilə görüşməyə başlayıb. Mediada yayılan məlumatlara görə, o, bu vəzifəyə təyin olunması üçün 248 deputat arasından təqribən 140-170 arası səs toplaya bilib. Bu da həmin vəzifə üçün kifayət olmayıb. Daha sonra isə Mixail Saakaşvili Ukraynada Milli İslahatlar Şurasına qoşulmağa dəvət olunub.

DİGƏR XƏBƏRLƏR

Top