Azərbaycanın bu bölgələrində yoluxma halları daha çoxdur – RƏSMİ AÇIQLAMA


“Gəncə-Qazax bölgəsindəki yoluxma halları, ümumi yoluxma hallarının 14 faizini tutur”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. O bildirib ki, Gəncədə xüsusi karantin rejiminə əməl olunmadığı üçün yoluxma halları artıb:
“Yoluxmaların 45 faizi Bakı şəhərində qeydə alınıb. Digər xüsusilə qeyd etmək istədiyim yerlər Gəncə-Qazax bölgəsidir, hansı ki, bunlar ümumi yoluxanların 14 faizini tutur. Lənkəranda isə bu göstərici 10 faizdir. Son zamanlar Gəncə zonasında müəyyən yoluxma halları artıb. Operativ şəkildə Gəncə zonasına işçi qrup göndərilib. Müəyyənləşdirildi ki, nəyə görə burada oluxma halları artıb. Təəssüflər olsun ki, orada xüsusi karantin rejiminə bir o qədər əməl olunmadığına görə yoluxma halları artıb”.

DİGƏR XƏBƏRLƏR

Top