DTX tərəfindən saxlanıldığı deyilən icra başçısının əmisi oğlundan AÇIQLAMA


Bəzi saytlar və sosial şəbəkələrdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldığı bildirilən Vilyam Hacıyevin həyat yoldaşı və bacısı haqda dəqiqləşdirlməmiş məlumat yayılıb. Bu məlumatlarda bildirilir ki, Vilyam Hacıyevin özü kimi xanımı və bacısının da adı Azərbaycan mənşəli deyil. İddia olunur ki, icra başçısının həyat yoldaşının adı Cülyettadır və o erməni əsillidir, bacısının adının isə İppoletta olduğu vurğulanır.

Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, Vilyam Hacıyevin əmisi oğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev gəzən söz-söhbətə aydınlıq gətirdi. Bildirdi ki, bu fikirlər əsassızdır:
“Yıxılana hamı balta çalır. Bütün bu söhbətlər boş və yalandır. Qız-qadın xeylağına böhtan, şər atmaq olmaz. Vilyam Hacıyevin həyat yoldaşının və bacısının adı yazılan kimi deyil”.

H.Hacıyev onu da deyib ki, Vilyam Hacıyev hələ həbs olunmayıb, araşdırma davam edir və o da hamı kimi nəticəni gözləyir.
Qeyd edək ki, dünən bütün ölkə KİV-ləri DTX-nın İmişli Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi, bir qrup vəzifəli şəxsin saxlanıldığı barədə xəbər yayıb. Bu xəbərlərlə bağlı hələ ki rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top