Tramp maska istehsal olunan obyekti "maskasız" ziyarət etdi


Koronavirus pandemiyası ilə bağlı öz xalqına maraqlı tövsiyələr verib, daim gündəmdə qalan ABŞ prezidenti Donald Tramp bu dəfə özü xəta etdi.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Arizonada yerləşən N95 maskalarının istehsalı ilə məşğul olan "Honeywell" fabrikini  ziyarət edib.
Həmin vaxt maska istifadə etməyən Trampın bu hərəkəti sosial mediada səs-küyə səbəb olub. 
Onun bu hərəkətinə qarşı insanlar bu sözləri istifadə edib: "Maska fabrikini gəzirsən, amma maska taxmırsan, nəyi sübut etməyə çalışırsan?"
Digər tərəfdən də ABŞ-ın vitse-prezidenti Mayk Pens də ötən gün sağlamlıq mərkəzinə baş çəkdiyi vaxt eyni hərəkəti etmiş, ona qarşı yönələn haqlı reaksiyaya qarşı bu sözləri demişdi: "Maska istifadə etməli idim".
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top