Sığorta şirkətləri nə qədər vəsait toplayıb? – TAM SİYAHI


Bu ilin mart ayı ərzində ölkədə fəaliyyət göstərən 22 sığorta şirkəti tərəfindən ümumilikdə 240,7 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan sonuncu məlumatlara istinadən bildirir ki, yığılan sığorta haqqının 54%-ni "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətləri toplayıb. "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 129,7 milyon manat olub.
Sığorta bazarında ikinci ən böyük pay sahibi Dövlət Sığorta Kommersiya Şirkəti olub. Bu şirkət mart ayı ərzində 35,7 milyon manat sığorta haqqı toplayıb və sığorta bazarının 14,8%-ni əlində cəmləyib.
Növbəti yerlərdə "Atəşgah Həyat" və “Qala Sığorta” şirkətləri qərarlaşıb. "Atəşgah Həyat" bu ilin mart ayında 11 milyon manatlıq, "Qala Sığorta" isə 10,7 milyon manatlıq yığıma nail olub. Bu şirkətlərin yığdığı sığorta haqları ümumi yığımın 9%-ni təşkil edib.
Açıqlanan rəqəmlərdən də göründüyü kimi, sığorta bazarının 77,8%-i adları qeyd olunan 4 şirkətin - "Paşa",  Dövlət Sığorta Kommersiya Şirkəti və "Atəşgah" və “Qala” sığorta şirkətlərinin payına düşüb.
Ən az sığorta haqqını isə AXA MBASK şirkəti toplayıb. Bu şirkət mart ay ərzində cəmi 5 min manat toplaya bilib.  AXA MBASK 5 min manat sığorta haqqı toplamasına baxmayaraq mar ayında 201 min manat sığorta ödənişi edib.
2020-cu mart ayında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
Sığorta
şirkətləri
Sığorta haqları
(min manat)
PAŞA Sığorta  75 930
PAŞA Həyat 53 766
Dövlət Sığorta Kommersiya Şirkəti 35 748
Atəşgah Həyat 11 001
Qala Sığorta 10 735
İpək Yolu Sığorta 8 113
Atəşgah 7 804
Meqa Sığorta 7 364
Xalq Sığorta 6 946
Ata Sığorta 3 539
Standart İnsurance 3 443
AZSIĞORTA 3 312
Azərbaycan Sənaye Sığorta 3 101
A – Qroup Sığorta şirkəti 3 020
Qala Həyat 2 393
Günay Sığorta 1 845
Rəvan Sığorta 906
Amrah Sığorta 722
Xalq Həyat 475
Bakı Sığorta 349
Naxçıvansığorta 247
AXA MBASK 5
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top