"Çin koronavirusun dünyaya yayılmasına izin verməməli idi" - Donald Tramp


ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusun ortaya çıxma səbəbləri barədə danışıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Tramp dünyada yayılan COVİD-19 pandemiyası barədə yeni açıqlama verib. O bildirib ki, Çin hökuməti yeni növ koronavirusu qəsdən ortaya çıxarmayıb: "Araşdırma sənədlərinə baxanda məlum olur ki, Çində pis şeylər baş verib. Bununla üzləşmək lazımdır. Çinlə müharibə barəsində danışmaq belə istəmirəm, bu çox naxoş haldır. Çinlə bir neçə ay əvvəl ticarət müqaviləsi bağlamışdıq. Hər iki ölkə arasında münasibət yaxşı idi ancaq, sonradan bu virus ortaya çıxdı". ABŞ prezidenti əvvəlki çıxışlarında koronavirusun Uhanda yerləşən laboratoriyadan yayıldığını açıqlamışdı ancaq, bu dəfə fərqli fikir irəli sürərək, "virus Uhan şəhərindən dünyaya yayılmağa başladı ancaq, bu laboratoriya olmaya bilər"-deyə bildirib. Qeyd edək ki, bu günə olan son rəqəmlərə görə, dünyada 258 min 481 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib. 3 milyon 740 min 583 nəfər isə həmin xəstəliyə yoluxub. COVİD-19-dan sağalanların sayı isə 1 milyon 247 min 191 nəfərdir. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top