
Bakının Binəqədi rayonunda həyətdə yıxılan kişinin bədəninə dəmir parçası batıb.
Hacıyev Sərvər Oruc oğlu həyətdə olarkən ehtiyatsızlıqdan yıxılıb.
Bu zaman onun bədəninə dəmir parçası batıb.
Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.(APA)