BƏƏ-də hündürmərtəbəli bina yanır - VİDEO


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja əmirliyində hündürmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Əl-Nəhd ərazisində yerləşən binanın sakinləri təxliyə edilib. 

Yanğının qarşısını almaq üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Xilasedicilər mərtəbələri yoxlamaq üçün dronlardan istifadə edirlər.//Report

DİGƏR XƏBƏRLƏR

Top