Teymur Rəcəbovun komandası Millətlər kubokuna məğlubiyyətlə başlayıb


Onlayn şahmat üzrə Millətlər kuboku turniri start götürüb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, FİDE-nin təşkil etdiyi yarışda Dünya yığmasında yer alan Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilk oyununu keçirib.

Qrossmeysterimizin çıxış etdiyi komanda 180 min dollarlıq turnirin ilk turunda Çin yığması ilə görüşüb. Qara fiqurlarla mübarizə aparan Teymur Van Hao ilə heç-heçə oynasa da, Dünya yığması qarşılaşmadan məğlub ayrılıb – 1:3. Mariya Muziçuk Hau Yifana, Amin Bassen Yu Yanqyiyə uduzub, Alireza Firudza isə Din Lirenlə heç-heçə oynayıb.

Qeyd edək ki, turun digər matçlarında Rusiya Avropa yığması ilə, Hindistan ABŞ millisi ilə heç-heçə oynayıb (2:2).

DİGƏR XƏBƏRLƏR

Top