Türk Şurasına üzv dövlətlərin İqtisadiyyat nazirlərinin videokonfransı keçiriləcək


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin İqtisadiyyat nazirləri və Gömrük Xidməti rəhbərlərinin videokonfrans vasitəsilə iclası keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov "Twitter"də bildirib.
O qeyd edib ki, iclas mayın 6-da baş tutacaq.
Xatırladaq ki, artıq təşkilata üzv dövlətlərin liderlərinin, Səhiyyə və Nəqliyyat nazirlərinin videokonfrans vasitəsilə iclası keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top