
İşləmək üçün Türkiyəyə gedən Azərbaycan vətəndaşı Kərimova Rəqsanə Azay qızı vətənə qayıtmaq üçün kömək istəyir.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə saytımıza müraciət edərək, vərəm xəstəsi olan 16 yaşlı qızının yanına qayıtmaq istədiyini bildirib:
“Artıq 3 aydır ki, Türkiyədəyəm. İşləmək üçün gəlmişdim. Lakin koronavirusa görə sərhədlər bağlanıb, burada qalmışam. İstanbulda bir azərbaycanlı ailə məni evlərində qonaq edib. Lakin, 16 yaşlı qızım Bakıdadır. Bakıda biz kirayədə yaşayırdıq. Kirayə haqqını ödəyə bilmədiyim üçün ev sahibi uşağı evdən çıxarıb. Qızım vərəm xəstəsidir, hal-hazırda isə ona qonşu baxır. Xəsəliyinə görə 70 manatlıq dərman yazıb həkimlər, onu almağa belə imkanım yoxdur. Sadəcə ölkəyə qayıtmaq üçün kömək istəyirəm”.
İlahə Hüseynova