Dərmanlı və dərmansız çiyələk necə seçilməli? – Rəngi, ölçüsü...


Yaz-yay fəslinin imtina edilməz meyvələrindən biri də çiyələkdir. Xoş ətri, rəngi və dadı ilə sevilən bu meyvə tərkibindəki vitaminlər ilə olduqca faydalıdır. Lakin bir çoxlarımız hansı meyvənin dərmanlı və ya dərmansız yetişdirildiyini seçə bilmirik. Bu zaman dərmanla yetişdirilən çiyələyin heç bir faydası olmur. Əksinə allergiya kimi bir çox xəstəliklərə yol aça bilir.
Yeniavaz.com
çiyələyin faydalarını və dərmansız yetişdirilən çiyələyin seçilmə yollarını təqdim edir: 
A, E, K, C, B1, B2, B3, B9 vitaminləri ilə zəngin olan çiyələyin tərkibində eyni zamanda mis, kalsium, manqan, maqnezium, yod, dəmir və fosfor, az miqdarda isə silisium, yod, kükürd və brom var. Kaliumla zəngin olduğuna görə, çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır, damarları möhkəmləndirir, pis xolesterolun səviyyəsini aşağı salır. Antioksidantla zəngin olan çiyələk, xərçəngə qarşı qoruyucu xüsusiyyətə malikdir və həzm sisteminin normal işləməsini təmin edir.
Bağırsaq qurdlarının tökülməsinə kömək edir, qanı təmizləyir, bədəndən zərərli maddələri atır, diş ətini gücləndirir və pis nəfəs qohusunu aradan qaldırır. Hətta deyilənlərə görə, “Hollywood” ulduzları dişlərini çiyələklə masaj edir və rəngini  ağardırlar. Eyni zamanda xoş qoxusu ilə stressi azaldır, qan təzyiqini aşağı salır. Revmatizma və qaraciyər xəstəlikləri üçün də olduqca faydalı meyvədir.
Mütəxəssislər çiyələyin yaxşı yuyulmdığı təqdirdə böyrəklərdə daşın əmələ gəlməsinə səbəb ola biləcəyini vurğulayıblar. Eyni zamanda tərkibindəki kalium və fosfor olduğundan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün problem yarada  bilər. Bu səbəbdən böyrək xəstələrinin həkimlə məsləhətləşdikdən sonra yemələri faydalıdır. Çiyələyin yaxşı təmizlənməsi üçün  20-30 dəqiqə suda saxlanmalı və daha sonra üç-dörd dəfə yenidən yuyulmalıdır.
Su miqdarı yüksək olan çiyələkdə karbohidrat miqdarı az, qlükoza/fruktoza nisbəti çoxdur. Gün ərzində çox istehlak edilən çiyələk tərkibindəki şəkər miqdarına görə diabet xəstələri üçün təhlükəlidir. Bundan əlavə, zəhərlənmə və allergiyalara da səbəb olur.
Öz mövsümündən tez yetişdirilmiş çiyələk çox ziyanlıdır. Çünki istehsalçılar müxtəlif ziyanlı maddələrdən istifadə edərək, çiyələyi yetişdirirlər, bu da sağlamlığımıza ciddi ziyan vurur. Xaricdə çiyələyin yetişdirilməsi zamanı tərkibinə digər bitkilərin, hətta balıqların və s. genləri daxil edilir. Bu səbəbdən xaricdən gətirilən və aylarla xarab olmayan çiyələyi istehlak etmək xüsusilə təhlükəlidir. Dərmansız yetişdirilən çiyələk tez xarab olur, rəngi bir qədər açıq olur və ölçüsü normadan böyük olmur. Eyni zamanda xarab olan çiyələyi yemək tövsiyyə edilmir, bu, allergiya və zəhərlənməyə səbəb ola bilər.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top