Koronavirusdan müalicə edildi ancaq, dırnaqlarındakı bu izi gördükdən sonra... - VİDEO


Türkiyədə yeni növ koronavirusa yoluxduğu iddia edilən tibb bacısı həkimlik təcrübəsi ilə yanlış müalicədən xilas olub.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, Türkiyədə reanimasiyada çalışan tibb bacısı 24 yaşlı Nadidə Şahin 2 ay əvvəl nəfəs darlığı və halsızlıq səbəbilə həkimə müraciət edib. O, bir müddət qripdən müalicə almasına baxmayaraq xəstəlikdən sağalmayıb və yeni növ koronavirus şübhəsi ilə karantinə götürülərək COVİD-19-a qarşı müalicə almağa başlayıb: "20 günə yaxın xəstəxanada qaldım, məndə koronavirusun sadəcə nəfəs darlığı və halsızlıq əlamətləri var idi. Ancaq, özümdə bir qəribəlik hiss edirdim. Yatdığım vaxtda belə nəbzim 100-dən aşağı düşmürdü. Təcrübələrimə əsasən koronavirus olmadığımı bilirdim. Daha sonra dırnaqlarımda ləkələr əmələ gəlmdi və getikcə ağararaq şişməyə başladı. Bunun ürək xəstəliyindən qaynaqlanan əlamətlərdən olduğunu bildim və həkimlərə yenidən müayinə olunmağım barədə müaricət etdim. Nəticədə məndə ürək çatışmazlığı aşkarlandı. Bir neçə gün içərisində ürək əməliyyatı olundum və qapağı dəyişdirildi".
Nadidəni əməliyyat edən həkim Burak Onan bildirir ki, nəfəs darlığı bir çox hallarda ağciyər səbəbilə olmaya bilir. Xəstələrdə müalicə sonrası təngnəfəslik davam edirsə, mütləq ürək müayinə edilməlidir.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top