Bu il dərmandan zəhərlənənlərin sayı AÇIQLANDI


Bu ilin 4 ayında dərmandan zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə 62 nəfər qəbul olunub”.
Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib.
O bildirib ki, zəhərlənənlərin 60 faizi kişi, 40 faizi qadın olub.
Onun sözlərinə görə, zəhərlənənlər arasında 3 uşaq olub: "Dərmanla zəhərlənmədə ölüm olmayıb. Dərman əlavələrinin təsirindən isə 31 nəfər zəhərlənib”.

DİGƏR XƏBƏRLƏR

Top