COVID-19-a yoluxan rus həkim özünü xəstəxananın pəncərəsindən atdı


Yeni növ koronavirusa yoluxan rus həkim xəstəxanada çətin anlar yaşadıqlarını açıqlayıb.
Yeniavaz.com
"Cümhuriyyet" qəzetinə istinadla xəbər verir ki, Rusiyanın Voronej şəhərində yerləşən xəstəxanaların birində çalışan 2 həkim fasiləsiz çalışdırıldığını bildirib: "Bir aya yaxındır ki, fasiləsiz işləyirik, baş həkim bizi məcbur işlədir, istirahətə buraxılmırıq. Yanımdakı təcili yardım həkimi Aleksandr Şupelov koronavirusa yoluxub".
Həkim bu sözləri dedikdən sonra xəstəxananın pəncərəsindən tullanıb. Yüngül yaralanan həkimə tibbi müdaxilə edilib. Beləcə, Rusiyada çətinliklər səbəbilə pəncərədən tullanan həkim sayı 3-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top