DTX əməliyyatçıları İmişli İH-in binasına daxil olublar, icra başçısı saxlanıldı - FOTO - YENİLƏNİB

Mötəbər mənbələrdən Musavat.com-a verilən xəbərə görə, bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olublar.

Xəbər verilir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetndə axtarış aparırlar.

Qeyd edək ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyevdir. 

V.Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir.

Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub.

İH başçısının və müavinlərinin sonrakı taleyi haqqında məlumat veriləcək.


***13:10
Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Bu barədə Modern.az-a İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.


***12:21
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

APA-nın məlumatına görə, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.
Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb. 

DİGƏR XƏBƏRLƏR

Top