Rusiya Kim Çen Inı mükafatlandırdı


Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi" medalı ilə təltif edib.  
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı Səfirliyi öz “Facebook” səhifəsində yayımlayıb.
Qeyd olunur ki, Şimali Koreya lideri Böyük Vətən Müharibəsi illərində vəfat etmiş və dəfn olunmuş sovet vətəndaşlarının xatirəsinin əbədiləşdirilməsində göstərdiyi böyük şəxsi töhfəsinə, eləcə də dəfn və abidələrin qorunub saxlanılmasına göstərilən qayğıya görə təltif edilmişdir.
Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora mükafatı mayın 5-də Mansude Konqres Sarayında Respublikanın Xarici İşlər naziri Li Sonq Qvona təqdim edib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top