Avropada koronavirusa yoluxma və ölüm halları azalır


İngiltərədə son 24 saatda 288 nəfər, İtaliyada isə 195 nəfər koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, İngiltərədə son sutkada 288 nəfərin COVID-19-dan dünyasını dəyişməsi ilə ölənlərin sayı 28 min 734-ə çatıb. Ölkədə yeni yoluxanların sayı isə 3 min 985 nəfərdir. İngiltərənin Səhiyyə naziri Met Hankok martın sonundan bu günə qədər ölüm və yoluxma hallarının pillə-pillə düşdüyünü bildirib. Onun sözlərinə görə, sonrakı günlərdə ölüm halları daha da azalacaq. İtaliyada da koronavirusa yoluxma və ölüm hadisələri azalmaqda davam edir. Orada 24 saatda 195 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumi ölənlərin sayı isə 29 min 79-a çatıb.
Qeyd edək ki, dünyada bu günə qədər 3 milyon 646 min 304 yeni növ koronavirusa yoluxub, 252 min 425 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib. 1 milyon 200 min 296 nəfər isə COVID-19-dan sağalıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top