Trampı dəstkləyən qəzet tapıldı

ABŞ-ın ilk iri nəşri, gündəlik “Las Vegas Review-Journal” qəzeti Respublika Partiyasından prezdentliyə namizəd Donald Trampı dəstəkləyib. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nəşrin redaksiya məqaləsində deyilir ki, ABŞ dünya arenasında lider mövqelərini itirir, orta sinif çətin vəziyyətdədir, indiki prezident Barak Obamanın siyasəti nəticəsində uşaq və nəvələrimizi yükləyən ölkənin 120 trilyon dollar həcmində borc və öhdəliyi yaranıb”.

Nəşrin fikrincə, Demokrat Partiyasının namizədi Hillari Klinton qalib olarsa, Obamanın siyasətini davam etdirəcək: “Tramp isə Vaşinqtonun siyasi elitasının donmuş mədəniyyətinə korporativ hissiyat və möhkəm qətiyyət gətirə bilər. Məsələn, o, vergilərin azaldılmasının və vergi qanunvericiliyinin sadələşdirilməsinin tərəfdarıdır, eləcə də orta bizneslə və fərdi sahibkarlığın dostu olacağını vəd edir”.

Daha əvvəl D. Tramp ABŞ-ın qabaqcıl KİV-lərini tənqid edərək bildirmişdi ki, mətbuat ona qarşı əlbir olub.

DİGƏR XƏBƏRLƏR

Top