Avtomobillər yalnız bu küçələrdə cərimələnəcək - BNA-dan AÇIQLAMA


"Mayın birindən karantin müddətində dayanma-durmaya görə cərimələrin tətbiqinə başlanılıb"
Bu sözləri Operativ Qərargahın bu gün keçirilən brifinqində BNA-nın idarə heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, karantin dövründə 48 min 295 dayanma-durma qaydalarının pozulması halları baş verib ancaq, həmin sürücülərə cərimə tətbiq edilməyib: "Bəzi nəqliyyət vasitələrinin yollarda kobud şəkildə dayanma-durma qaydalarını pozması, ikizolaqlı yolların bir zolağını zəbt etmələri və sair kimi halların çoxalması avtobusların hərəkətinə ciddi şəkildə təsir etdi. Bu səbəblərdən biz artıq məcburən cərimələrin tətbiqinə başladıq. Ancaq bu proses zonalar üzrə davam etdiriləcək. Çünki, nəqliyyat sıxlığının olmadığı yerlərdə dayanma-durma qaydalarının poulmasına görə cərimələrin tətbiqi yersizdir".
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top