İranın valyutası dəyişdirildi


Bu gün İran parlamenti ölkənin milli valyutasının adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Bu barədə İSNA-ya istinadən xəbər verir. 

Məlumata görə, bundan sonra İranda milli valyuta rial deyil, indiyə qədər xalq arasında deyildiyi kimi tümən adlanacaq. Bir tümən isə 10 000 riala bərabər götürüləcək. Bu, yerli pul vahidindən sıfırın silinməsi deməkdir. 

Xatırladaq ki, qonşu ölkədə Milli Bankı pul islahatı ilə bağlı layihəni 2016-cı ildə bəyənib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top