Azərbaycanda koronavirusa yoluxan polislərdən YENİ XƏBƏR


“Koronavirusa yoluxan polis əməkdaşlarının bəziləri evə buraxılıb”.

Yeniavaz.com xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
E.Zahidov qeyd edib ki, digərlərinin xüsusi rejimli xəstəxanlardan müalicələri davam etdirilir:
“Onların səhhəti qənaətbəxşdir, müalicələri davam etdirilir. Ağır vəziyyətdə olan polis əməkdaşımız yoxdur”. 
Qeyd edək ki, bir müddət əvvəl dəqiq say açıqlamasa da, E.Zahidov Modern.az-a bir neçə polis əməkdaşının koronavirusa yoluxduğu barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top