Oqtay Şirəliyev müdiri işdən çıxardı - başqa vəzifəyə təyin etdi


Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov tutduğu vəzifədən azad edilib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirin digər əmri ilə G.Poladov Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktor müavini təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top