
Qazaxıstan Mərkəzi Seçki Komissiyası keçmiş Prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb. Qərarın 4 may tarixində MSK iclasında verildiyi qeyd olunub. Daha əvvəl isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dariqa Nazarbayevanı parlament spikeri vəzifəsindən azad etmiş və bu vəzifədə fəal iştirak etdiyinə görə təşəkkür etmişdi.
Qeyd edək ki, Dariqa keçmiş Prezident Nursultan Nazarbayevin böyük qızıdır. O, 2016-cı il 13 sentyabr tarixində parlamentin spikeri vəzifəsinə təyin olunub, 2019-cu ildə səlahiyyətləri sona çatdıqdan sonra yenidən vəzifəyə təyin edilib.
İlahə Hüseynova
Tətbiqimizi yükləyə bilərsiniz