"Koronavirus Uhanda laboratoriyada hazırlanıb" - ABŞ-ın Xarici İşlər naziri - VİDEO


ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo COVID-19-la bağlı yeni iddia ortaya atıb.
Yeniavaz.com
İHA-ya istinadla xəbər verir ki, Mayk Pompeo dünyada yayılan yeni növ koronavirusun Çində laboratoriyada hazırlandığını iddia edib. O bildirib ki, COVID-19-un təbii yollarla yayılmadığına dair bir çox sübutlar var:
"Rahat şəkildə deyə bilərəm ki, bu virus Uhanda laboratoriyada hazırlanıb. Bu vaxta qədər bir çox insan yeni növ koronavirusun insan tərəfindən hazırlandığını düşünür. Əksini düşünmək üçün əlimizdə heç bir əsas yoxdur. Çin bu pandemiya barədə dünyaya əsaslı məlumatlar vermədi".
Qeyd edək ki, ABŞ-da bu günə qədər 1 milyon 188 min 385 nəfər yeni növ koronavirusa yoluxub, 68 min 600 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib. Dünyada isə bəhs edilən pandemiyaya 3 milyon 566 min 805 nəfər yoluxub, 248 min 304 nəfər isə dünyasını dəyişib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top