Tramp: "Həkimlər bu barədə danışmamağımı dedilər, lakin mən..."


ABŞ Prezidenti Donald Tramp yeni növ koronavirusa qarşı peyvəndin bu ilin sonuna qədər hazır olacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki bu barədə D.Tramp “Fox News”a danışıb.
“Bu ilin sonuna qədər peyvəndin hazır olacağına əminəm. Həkimlər mənə bu barədə danışmamağımı dedilər, lakin mən nə istəsəm onu da deyərəm. Bir neçə şirkət bunun üzərində çalışır və onlar artıq son mərhələdədilər”- deyə Tramp açıqlamasında bildirib.
Bundan əlavə, Tramp ABŞ-da koronavirusdan ölənlərin sayının 100 minə çatacağını qeyd edib.
Xatırladaq ki, ABŞ-da bu günə qədər 66 mindən çox insan koronavirusdan dünyasını dəyişib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top