Bakıda yaşayış evində yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə baş vermiş yanğın söndürülüb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Əlavə məlumat veriləcək.


22.43
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

Yeniavaz.com Nazirliyə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bildirilir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

DİGƏR XƏBƏRLƏR

Top