Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Ayaz Məmmədov vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə isə, Kamran Məmmədov təyin edilib.

Qeyd edək ki, K.Məmmədov bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qərargah rəisi vəzifəsində çalışıb. (lent.az)

DİGƏR XƏBƏRLƏR

Top