Şimali Koreya liderinin bu fotosu diqqətlə analiz edildi - Sağ biləyindəki bu iz...


Ürək əməliyyatı olduğu deyilən Kim Çen Inın yayımlanan fotosu yeni iddialara səbəb olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Şimali Koreya liderinin fotolarından birində sağ biləyində yara izi müşahidə edilib. ABŞ-lı mütəxəssislər həmin izin bir çox faktı ortaya çıxardığını bildiriblər. Onların sözlərinə görə, bu tip izlər adətən ürək əməliyyatı keçirən şəxslərdə olur. Biləyin həmin nöqtəsindəki iz damarlara stend taxmaq üçün həkimlər tərəfindən açılır. ABŞ-lı mütəxəssislər bəhs edilən fotonun Şimali Koreya liderinin ürək əməliyyatı keçirdiyinin sübutu ola biləcəyini deyiblər. Qeyd edək ki, bir müddətdir Kim Çen In barədə heç yerdə məlumat yox idi. Bir çox mənbədə onun ürək əməliyyatı keçirdiyi və səhhətinin yaxşı olmadığı bildirilmişdi. Nəhayət 20 gündən sonra Şimali Koreya dövlət televiziyası Kim Çenin bir fabrikin açılışında iştirak etdiyi yeni olduğu deyilən görüntülərini yaymışdı.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top