Daşkəsənə dolu yağdı - VİDEO


Daşkəsən rayonunda hava şəraiti kəskin dəyişib, dolu düşüb.

Günorta saatlarında rayon ərazisində güclü dolu yağmağa başlayıb.

Təxminən 15-20 dəqiqə davam edən yağıntı çiçək açmış meyvə ağaclarına zərər vurub. Yağıntının başqa fəsadlar törədib-törətməməsi isə hələ ki, məlum deyil.

Hazırda yağışlı hava şəraiti davam edir. 


(report)

DİGƏR XƏBƏRLƏR

Top