Həbsdə olan vəzifəli şəxs “Bandotdel”ın müstəntiqindən şikayət etdi


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov onun cinayət işini araşdıran Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqindən Nərimanov Rayon Məhkəməsinə şikayət edib. 

Yeniavaz.com yenisabah.az-a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə həsbdə olan A.Rəsulovun şikayətinə may ayının 4-də hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq. 

Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov ötən ilin dekabr ayında həbs edilib. Rəsulov Anar Ələkbər oğlu 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib. A.Rəsulov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda dələduzluqla ittiham edilərək saxlanılıb. 

Sabiq direktor barəsində 2019-cu il dekabr ayının 7-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun əmlakına və NİİM-in təsis paylarına qarşı dələduzluq etməkdə ittiham olunur. 

DİGƏR XƏBƏRLƏR

Top