Koronavirusa qarşı peyvəndin hazırlanması üçün 8 milyard avro lazımdır - Merkel


Almaniya kansleri Angela Merkel yeni növ koronavirusla mübarizə barədə açıqlama verib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Merkel həftəlik video mesajında COVİD-19-a qarşı dünya ölkələrinin birlikdə hərəkət etməsinin vacib olduğunu deyib. O bildirib ki, yeni növ koronavirusun peyvəndinin hazırlanması üçün Almaniya yüksək miqdarda maddi yardım edəcək: "Peyvəndi hazırlamaq və bu virusu dayandırmaq və məğlub etmək üçün sürətli və güclü şəkildə çalışmalıyıq. Yeni növ koronavirusa qarşı peyvəndin hazırlanması üçün 8 milyard avro lazımdır".

DİGƏR XƏBƏRLƏR

Top