Türkiyənin xarici ticarət dövriyyəsi kəskin azalıb


Bu ilin mart ayında Türkiyənin xarici ticarət dövriyyəsində ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% azalaraq 13 milyard 422 milyon dollar, idxalın həcmi isə 3,1% artaraq 18 milyard 813 milyon dollar olub. 
Yeniavaz.com Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, xarici ticarət dövriyyəsində 5 milyard 391 milyon dollarlıq mənfi saldo yaranıb.
Türkiyə mart ayında ən çox məhsulu Almaniyaya satılıb. Mart ayında Almaniyaya 1 milyard 282 milyon dollar dəyərində məhsul satılıb və ötən ilin oktyabr ayı ilə müqayisədə 15,5% azalıb. İxracda ikinci sırada 879,9 milyon dollarla ABŞ (artım - 12%), 801,3 milyon dollarla Böyük Britaniya (azalma - 10,9%), 541 milyon dollarla İtaliya (azalma - 38,8%), 507 milyon dollarla İspaniya (azalma – 37,9%) yer alıb.
Əvvəlki ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında ixracda ən çox azalma İraqa (44,6% azalma), satılan məhsullarda qeydə alınıb. Ən yüksək artım isə Ukraynaya satılan məhsullarda müşahidə edilib - 32,6%.  
Türkiyənin ən çox məhsul aldığı ölkələrin sıralamasında ilk sırada Almaniya dayanıb. Mart ayında Türkiyə Almaniyadan 1 milyard 949 milyon dollarlıq məhsul idxal edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% çox olub. Türkiyənin ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerləri Çin (1,42 milyard dollar), ABŞ (1,41 milyard dollar) və Rusiya (1,38 milyard dollar) tutur.

DİGƏR XƏBƏRLƏR

Top