“Merkel Avropanın ən təhlükəli qadınıdır”

Almaniya kansleri Angela Merkel Avropada miqrasiya böhranı üçün start atəşi açıb. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Avstriyanın Azadlıq Partiyasının sədri Haynts-Kristian Ştraxe deyib.

Onun sözlərinə görə, A.Merkel bir çox yüzilliklər ərzində xalqların ən böyük köç üçün start atəşi açan Avropanın ən təhlükəli qadınıdır.

Siyasətçi qeyd edib ki, mövcud miqrasiya prosesi Avropa üçün əsl təhlükəyə çevrilib: “Bunlarla (miqrasiya – red.) axınlarla bizə inteqrasiya və assimlyasiya olunmaq istəməyən insanlar gəlirlər”.

Qeyd edək ki, hazırda Avropa İttifaqı II Dünya müharibəsindən bəri ən iri miqrasiya böhranını yaşayır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2014-cü ildə Avropa İttifaqına 900 min nəfər, 2015-ci ildə 1,048 milyon nəfər gəlib. Təşkilatın 2016-cı ilin sentyabrın 18-nə olan məlumatına görə, ilin əvvəlindən Avropa regionuna 314 811 miqrant pənah gətirib.

DİGƏR XƏBƏRLƏR

Top