DİN-in xüsusi avtonəqliyyat vasitələri ilə paytaxt küçələrində dezinfeksiya işləri aparılıb - FOTOLAR

Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri yenidən paytaxt küçələrinin dezinfeksiya olunmasına cəlb olunub.
Qurumdan Yeniavaz.com-a verilən məlumata görə Bakıda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında əlavə gücləndirilmiş tədbirlər həyata keçirilir.Şəhər əhəmiyyətli küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə aparılan dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin xüsusi avtonəqliyyat vasitələri də cəlb olunub. Nazirliyin şəxsi heyəti ölkədə asayişin qorunması və karantin zamanı üzərilərinə düşən əlavə işlərin həyata keçirilməsi ilə yanaşı
paytaxt küçələrinin dezinfeksiya olunması işlərində də yaxından iştirak edirlər.





***09:22
Bu gün səhər saatlarından başlayaraq paytaxtın 100-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Paytaxtın kommunal xidmətindən bildirilib ki, artıq 25-dən çox küçə dezinfeksiya olunub.

Dezinfeksiya işləri 28 May küçəsindən başlanılıb. 

Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Qurban Abbasov küçəsi, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Bakıxanov küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi, Atatürk prospekti və digər küçələr istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top