KİV: Kim Çen In 20 gündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb


Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In 20 gündən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, 1 may Beyəlxalq əmək günü münasibətilə Şimali Koreya lideri Sunçxon gübrə zavodunun açılışında iştirak edib: "Hörmətli ali rəhbər, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin başa çatmasını bildirən lenti kəsib". 

Xatırladaq ki, CNN televiziyası Kim Çen Inın ürəyindən əməliyyat olunduğu və səhhətinin pisləşdiyi xəbərini yaymışdı. Aprelin 25-də isə Çinin sosial şəbəkəsi olan “Weibo”da “HKSTV” televiziyasının direktor müavini tərəfindən Şimali Koreya liderinin öldüyünü yazmış və bu məlumatı “çox hörmətli mənbədən” aldığını söyləmişdi.

DİGƏR XƏBƏRLƏR

Top