Rusiyanın İnşaat naziri və müavini koronavirusa yoluxub


Rusiyanın İnşaat naziri Vladimir Yakuşev və Dmitri Volkov koronavirusa yoluxub.

Bu barədə nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, hər ikisi xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustində də yeni növ koronavirus infeksiyası aşkarlanıb. Baş nazir bu barədə prezident Vladimir Putinlə videobağlantı zamanı bildirib. //APA

DİGƏR XƏBƏRLƏR

Top